Manat avro və lirəyə qarşı bahalaşdı

  • By admin
  • 09 Dekabr 2016 09:50

dollar_euro_140715_1_1

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 8-i ilə müqayisədə 0,35% artaraq 1,7430 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,22% zəifləyərək 1,8487 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,36% bahalaşaraq 0,0275 manata çatıb.

Türkiyə lirəsinin məzənnəsi 1,66% zəifləyərək 0,5050 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1929 manatdır. Beləliklə, funt sterlinqin 0,2%-lik azalması baş verib.

Gürcüstan larisinin məzənnəsi isə 0,24% ucuzlaşaraq 0,6756 manat olub.

Gununsesi.info