Manat avro və türk lirəsinə qarşı möhkəmlənib

  • By admin
  • 20 İyul 2016 09:38

50

 

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 19-u ilə müqayisədə 0,2% artaraq 1,5662 manat təşkil edib.

 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,35% zəifləyərək 1,7252 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0247 manat səviyyəsinə enib.

 

Türkiyə lirəsi də manata nisbətən ucuzlaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 1,72% azalaraq 0,5150 manat olub.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0531 manatdır. Beləliklə, funt sterlinq də 0,62%-lik ucuzlaşma nümayiş etdirib.

 

Gürcüstan larisinin məzənnəsi isə 0,2% möhkəmlənərək 0,6679 manata yüksəlib.

Gununsesi.info