Manat bahalaşıb - MƏZƏNNƏ

  • By admin
  • 14 Oktyabr 2016 09:21

dollar

Azərbaycan Mərkəzi Bankı (AMB) 14 oktyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, oktyabrın 14-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 13-2 ilə müqayisədə 0,1% ucuzlaşaraq 1,5970 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,02% möhkəmlənərək 1,7613 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 13-ü ilə müqayisədə dəyişməyərək 0,0253 manat səviyyəsində qalıb.
Türkiyə lirəsinin məzənnəsi isə 0,1% ucuzlaşaraq 0,5171 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9481 manatdır. Beləliklə, funt sterlinq 0,01%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,74% ucuzlaşaraq 0,6724 manat təşkil edib.

Anar
Gununsesi.info