
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 13-ü ilə müqayisədə dəyişməyərək 1,7867 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,06% zəifləyərək 1,8959 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,33% zəifləyərək 0,03 manat səviyyəsində qərarlaşıb.
Türkiyə lirəsinin məzənnəsi 0,25% möhkəmlənərək 0,4754 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1495 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 1,12%-lik azalma baş verib.
Gürcüstan larisinin məzənnəsi də 5,31% möhkəmlənərək 0,6589 manat olub.
Gununsesi.info