“Manat kütləsinin məhdudlaşdırılması, ölkəyə məzənnənin özündən daha çox ziyan vuracaq” - NATİQ CƏFƏRLİ

  • By admin
  • 07 Fevral 2017 17:10

natiq

Manatın məzənnəsinin dollara nisbətən möhkəmlənməsi ərzaq və qeyri-ərzaq qiymətlərinin də ucuzlaşmasına dair gözləntiləri yaradıb.

Gununsesi.info iqtisadçı-ekspert Natiq Cəfərliyə istinadən bildirir ki, biznes belə çevik deyil, məzənnənin qiymətlərə həmən təsiri olmur, ola da bilməz: “Çünki  biznes özünü də sığortalayır, müqavilələr öncədən bağlanılır, bu gün bazarda olan mallar əvvəlcədən alınıb, bəlkə də, 1,90-1,95 koridoru olarkən valyuta ilə ödənişlər edilib. Ona görə də, məzənnənin qiymətlərə təsiri olmayacaq. Çünki obyektiv səbəblərə görə fevralın sonu, martın əvvəli valyutaya təlabat artacaq:  Birinci, büdcə xərcləri, büdcədən maliyyələşən investisiyalar üçün vəsaitin ayrılması indi başlayacaq, İkinci, Novruz Bayramında ölkəyə idxal artacaq, Üçüncüsü, bayramlarda ölkədən səfərə gedənlərin sayında kəskin artış olacaq”.

N.Cəfərli qeyd edirki, bu gün hərracda təklif olunan valyutanın həcmi dəyişməyib – cəmi 35 mln. dollar olub: “Həftədə 2 dəfə hərrac olur, 70 mln. dollar satılacaq, aya 280 mln. dollar edir. Bu templə dollar satışıdavametsə, ilə 3,4mlrd. dollarvəsaitedir. Ölkənin isə il ərzində valyuta tələbatı, təqribən, 10-11 mlrd. dollardır. Yəni, görünən odur ki, nəməzənnəni aşağı həddlərdə saxlamağa, nə də dar həcmdə valyuta satışını davam etdirməyə imkan və resurs var”.

“İndi Mərkəzi Bankın əsas hədəfi məzənnənin sabitləşdirilməsi olmalıdır, bəlli koridorda məzənnə sabitləşməsə, bu, bank sektoruna da, ticarətə də ciddi mənfi təsir edəcək”,-deyən iqtisadçı əlavə edirki, Mərkəzi Bank sərt pul siyasəti ilə manatın dövriyyəsini də xeyli azaldıb, manat kütləsinin həcmi 2 dəfədən çox aşağı düşüb: “Bu addım məzənnəyə, inflyasiyaya müsbət təsir göstərsə də, ticarət dövriyyəsinə, iqtisadi aktivliyə ciddi zərbə vurur. İqtisadi aktivliyi nazalması isə iş yerlərinin itirilməsinə, əhalinin gəlirlərinin azalmasına səbəb olur, orta və uzun vadə də bu addım ölkəyə məzənnənin özündən daha çox ziyan vuracaq”.

VüsaləRüstəmova

Gununsesi.info