Manat maliyyə bazarında ədalətli qiymətini axtarmaqdadır - NAZİR

  • By admin
  • 05 Dekabr 2016 16:36
samir_sarifov_06
Manat maliyyə bazarında ədalətli qiymətini axtarmaqdadır və bu  proses manat öz qiymətini tapanadək  davam edəcək.
Gununsesi.info xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, proses  nə qədər davam edəcək və  bu hal nə zaman baş verəcək, demək çox çətindir. “Onu deyə bilərəm ki, hökumət tezliklə manatın bazarda öz ədalətli qiymətini tapacağına ümid edir və hökumətin iqtisadi qurumları, xüsusən də İqtisadiyyat, Maliyyə  nazirlikləri, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası  bundan sonra ölkədəki makroiqtisadi vəziyyətin sabitləşməsinin təmin olunması istiqamətində tədbirlərini həyata keçirməyə başlayacaq”- deyə, nazir vurğulayıb.
Manatın devalvasiyaya uğramasının səbəblərini açıqlayan nazir deyib ki, bunun birinci amili tədiyyə balansında olan kəsirdir: “Belə ki,  tədiyyə balansı ənənəvi olaraq  ticarət balansı hesabına formalaşırdı. Ticarət balansımız da əvvəllər müsbət saldo olub. Bu da əsasən ixracaatın hesabına olurdu. İndi  bu gəlirlər azaldığından  tədiyyə balansında mənfi saldo yaranıb. Halbuki  cari ildə ümumi  tədiyyə balansımız praktik olaraq əvvəlki illərlə  eynidir və  bir qədər də müsbətdir. Amma bu müsbət saldo  kapital hərəkətləri üzrə balansında  mövcud olan mənfi saldonu bağlamağa imkan vermir. Ona görə də indi əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirib ixracaatı artırmaq, idxalata olan asılılığı azaltmaq və ixracatı təşviq , xarici srmayəni cəlb etməklə aradan qaldırmaqdır. Bununla bağlı dövlət bir sıra  tədbirlər planı hazırlayıb həyata keçirməyə başlayıb”.
Nazir onu da əlavə edib ki, manatın ucuzlaşamsı  ticarət balansımızın  6 mlrd manat həddinə çatmasına imkan yaratdı  və bu da böyük nailiyyətdir.
“Hesab edirəm ki, bu proses davam etdirilməlidir və tədricən davam etdiriləcək. Məzənnə siyasəti də  tədiyyə balansındakı   kəsrin  yumşaldılması xidmət edəcək”- deyə, nazir bildirib.
Mürtəza
Gununsesi.info