Manat qonşu valyutalara nisbətən niyə bahalaşır?

  • By admin
  • 30 Avqust 2016 17:12

 

Budce pullari

Samir Əliyev: “Bu, müvəqqəti bir haldır, manatın və ya iqtisadiyyatın güclənməsi ilə bağlı deyil”

 

Azərbaycan manatı dollara qarşı ucuzlaşsa da, digər xarici valyutalara qarşı bahalaşıb. Gununsesi.info Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən bildirir ki, avro manata nisbətən 0.27 faiz ucuzlaşaraq 1.81 manat, Türkiyə lirəsi 0,15 faiz zəifləyərək 0,55 manat, ingilis funt sterlinqi 0.28 faiz ucuzlaşaraq  2,1304 manat, Gürcüstan larisinin məzənnəsi 0,77 faiz azalaraq 0,7078 manat təşkil edib.

Manatın qonşu ölkərin valyutası ilə müqayisə də bahalaşmasının səbəbi nədir?

samir-

İqtisadi Təşəbbüslər İctimai Birliyinin eksperti Samir Əliyevin sözlərinə görə, manatın digər xarici valyutalara nisbətən bahalaşmasının səbəbi dolların həmin valyutalara  münasibətdə ucuzlaşması ilə bağlıdır:“Azərbaycan manatının məzənnəsi dollara nisbətdə müəyyənləşir. Baxmayaraq ki, bir müddət əvvəl valyuta səbəti əsasında müəyyən olunurdu, yəni avro və dolların çarpazlaşdırılmış kursu ilə. Bu gün Mərkəzi Bank əlini geri götürsə, manat birdən-birə ucuzlaşa bilər. Sadalanan xarici valyutaların dollara nisbətən bahalaşması manata öz təsirini göstərir. Bu, müvəqqəti bir haldır, manatın və ya iqtisadiyyatın güclənməsi ilə bağlı deyil”.

S.Əliyev vurğulayır ki, hazırda avro, funt-sterlinq və digər valyutalar dollara münasibətdə ucuzlaşır. Manatda müşahidə olan bahalaşmanın hansı müddətə qədər qalacağı isə dolların dünya bazarında davranışından asılı olacaq: “Dolların bahalaşmasının səbəbi ABŞ Mərkəzi Bankının uçot dərəcələrinin artırılacağı ilə bağlı bəyanatı oldu. Nəzərə alsaq ki, FED-in iclası sentyabrın 20-sindən sonra olacaq. O zamana qədər digər valyutalar dollara nisbətən zəif məzənnə göstərəcəklər. Çarpaz olaraq, ucuzlaşma manatın möhkəmlənməsinə təsir edəcək”.

İqtisadçı bildirir ki, FED-ın sentyabrda uçot dərəcələrini artırma ehtmalı çox azdır: “İlin sonun kimi bir dəfə artım ola bilər. Cox güman ki, bu dekabr ayında olacaq. Amma indi ABŞ-da seçki ili olduğuna görə, faiz dərəcələrinin artırılması ehtiamlı azdır”.

 

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info