“Manat yenidən sınaq qarşısındadır” – EKSPERT

  • By admin
  • 24 İyun 2016 14:09

Manat

 

HTML tutorial

Manat yenidən sınaq qarşısındadır. Buna səbəb Böyük Britaniyanın Avropa Birliyindən çıxmasıdır. Belə ki, dünya maliyyə bazarındakı dəyişikliklər Azərbaycan manatının dollara nəzərən məzənnəsinə təzyiqləri artıracaq. Gununsesi.info xəbər verir ki, bu fikri iqtsadçı alim Qubad İbadoğlu deyib.

 

Gubad IbadoghluOnun sözlərinə görə, Böyük Britaniyada keçirilən referundum nəticəsində bu ölkənin Avropa Birliyini tərk etməsinə dair təklifin çoxluq tərəfindən dəstəklənməsi dünya bazarlarında yeni təlatümlər yaradıb: “Məlum hadisədən sonra dollara nəzərən ingilis fund sterlinq 7,18 faiz, avro isə 2 faiz bir gündə dəyər itirib, həmin gün brent markalı xam neftin qiyməti isə 2 dollara qədər və ya 3,83 faiz ucuzlaşıb. Eyni zamanda, bu hadisədən sonra fond bazarlarında səhmlərin dəyərində də dəyişikliklər müşahidə olunur. Belə ki, ABŞ iqtisadiyyatında əhəmiyət kəsb edən “Dow Jones” sənaye və “Standard and Poor” 500 indeksində dəyər qazanıb. Asiya iqtisadiyyatına təsiri olan NASDAQ və Nikkei indeksləri isə dəyər itirib”.

Ekspert hesab edir ki, bu dəyişikliklər Azərbaycan manatının dollara nəzərən məzənnəsinə təzyiqləri də artıracaq. “Dünyada dolların mövqeyini möhkəmləndirən bu cür tendensiyalar, o cümlədən Türkiyə və Rusiya kimi inkişaf etməkdə olan ölkələrin milli valyutalarının məzənnəsinə də təsirsiz ötüşməyəcək”, – o vurğulayıb.