
“Manatın məzənnəsi iqtisadiyyatda gedən proseslərin təsiri altında daim dəyişəcək”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.
“Manatın məzənnəsinin hər hansı fiksə olunmuş səviyyədə dayanmasını gözləmək lazım deyil. İqtisadiyyatda gedən proseslərə əsasən məzənnə formalaşacaq. Sərbəst üzən məzənnə rejiminə uyğun olaraq məzənnənin enişi də olacaq, yüksəlişi də. Başqa sözlə, volatilliyin olması normaldır”, – deyə Z.Nuriyev qeyd edib.
Mövsümü amillərin manatın məzənnəsinə təsirindən danışan Z.Nuriyev qeyd edib ki, müəyyən dövr ərzində bu amillərin məzənnəyə sistemli təsirini gözləmək doğru deyil: “Məzənnə bir çox parametrlərlə tənzimləndiyi üçün mövsümi amillərin ona təsiri güclü deyil”.