Manatın orta aylıq məzənnəsi açıqlandı

  • By admin
  • 24 Yanvar 2017 09:30

merkezi bank

2016-cı il dekabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16 mlrd. 275,5 mln. manat təşkil edib, onun 12 mlrd. 824,5 mln. manatı uzunmüddətli kreditlər olub.

Gununsesi.info Mərkəzi Banka istinadən xəbər verir ki, kredit portfeli 2015-ci il dekabr ayının 1-i ilə müqayisədə 13,2% azalıb.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,9%-ini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il dekabr ayının 1-nə 7 mlrd. 605,8 mln. manat olub.

Dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,75 manata (ilin əvvəlindən 1,60 manata), 1 avroya – 1,84 manata (1,77), 100 Rusiya rubluna – 2,82 manata (2,39) bərabər olub.

Gununsesi.info