XƏBƏR LENTİ

19 Fevral 2018

14 Fevral 2018 - 13:02

Vahid Əhmədov problemli kreditlər məsələsini qaldırdı
“Manatın gələcək taleyi ilə bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmovun proqnozu nikbindir. Həmçinin, Elman müəllim deyib ki, dollarla verilən kreditlər diqqət mərkəzindədir. Hazırda bu məsələ üzərində iş gedir. Bizə də dollar-manatla verilən kreditlərlə bağlı insanlar tərəfindən müraciətlər olur. Bu məsələni banklara deyən zaman sağ olsunlar, bizə 30-40 faiz güzəşt edirlər”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadiq siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, dünən Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Vergilər. Şəffaflıq. İnkişaf” konfransı keçirilib. “Vergilər nazirinin qarşısında çox böyük vəzifələr durur. Dünən vergilər naziri bəzi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı çıxış etdi. Ümid edirəm ki, bu məsələlər özünün müsbət həllini tapacaq”.
O əlavə edib ki, 2018-ci ildə 2017-ci illə müqayisədə iqtisadi inkişafda müəyyən artım gözləniləndir.
 Mürtəza
 Gununsesi.info