Manatın ucuzlaşması müvəqqətidir - VAHİD ƏHMƏDOV

  • By admin
  • 07 Fevral 2017 17:24

??????????????????????????????????????????????????????????Manatın dollara nisbətdə mövqeyinin möhkəmlənməsi müvəqqəti xarakter daşıyır.

Bunu Gununsesi.info-ya açıqlamasında  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov son günlərdə dolların manata nisbətdə ucuzlaşmasına mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bunu müvəqqəti hal hesab edir.

“Çünki dolların ucuzlaşması fonunda manatın möhkəmlənməsi  üçün əsas iqtisadi faktorlar olmalıdır. Məsələn idxal-ixrac əməliyyatı,  bazarda  manatın real dəyərini alaması istiqamətində  dollara nisbətdə tələb-təklif  prosesləri baş çatmalıdır və sair. Bunların hamısı indiki halda mümkün deyil. Ona görə ki, biz istehsalı lazımi səviyyəyə qaldıra bilməmişik”- deyə, millət vəkili vurğulayıb.

V.Əhmədov əlavə edib ki, düzdür, idxalatda müəyyən azalmalar olsa da, bu, yetərli deyil:

“Burada dövlət başçısı tərəfindən  manatın mövqeyinin möhkəmləndirilməsi məqsədi ilə Neft Fondundan Mərkəzi Banka 7,5 milyard dollar vəsait ayırması da, müəyyən rol oynaya bilər. Bu yolla manata inamı artırmaq istəyirlər. Ancaq ölkədə islahatlar başladığından  müyyən proseslər gedir.İslahatlar getdiyindən manatın mövqeyinin  möhkəmləndirilməsi uzun müddət davam edə bilməz”.

Millət vəkili hesab edir ki, manatın  dollara nisbətdə mövqeyinin möhkəmlənməsi mart ayındadək davam edə və ondan sonra  manatın yenidən ucuzlaşması baş verə bilər.

“Mən inanmıram ki, Mərkəzi Bank  manatın sabitliyinin qorunub-saxlanamsı üçün yetərincə vəsait ayırsın. Mərkəzi bank yumşaq devlavasiyanı elan edib və bu proses başa çatanadək davam etməlidir. Yəni, manat bazarda real qiymətini alsın. Sahibkar, investor da manatın real dəyərini bilməlidir ki, sonra öz fəaliyyətini müəyyənləşdirsin. Ölkəyə investisiya yatırsın. Necə deyərlər, investisiya qoymaqda problem yaranmasın. Bütün bu halları sadalayaraq demək istəyirəm ki, ola bilsin bu müvəqqəti xarakter daşıyır”- deyə, V. Əhmədov vurğulayıb.

Millət vəkili  manatın mövqeyinin möhkəmlənməsinin digər amilini ABŞ prezidenti Donald Trampın dolların ucuzlaşdırlması ilə bağlı  verdiyi bəyanatla əsaslandırır.

“Tramp bəyan edib ki, bizə uzuz dollar lazımdır. Biz ucuz dolalrla ixracımızı artıraq. Dollar nə qədər ucuz olsa, ixrac bir o qədər çox olar. Bu da manatın  bahalaşmasına səbəb ola bilər. Ancaq  bütün hallarda yaxın vaxtlarda proseslərin hansı istiqamətdə gedəcəyi barədə indidən fikir söyləmək  çətindir”- deyə, V.Əhmədov bildirib.

Mürtəza Bünyadlı

Gununsesi.info