“Manatın üzərində Heydər Əliyevin şəkli olmalıdır” - SİYAVUŞ NOVRUZOV

  • By admin
  • 14 Oktyabr 2016 14:14

manat

Azərbaycan milli valyutasının üzərində Heydər  Əliyevin şəkli olmalıdır.

Gununsesi.info xəbər verir ki, bu təkliflə millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında səsləndirib.

O qeyd edib ki, Türkiyədə də milli valyutanın üzərində Atatürkün şəkli var: “Amerika milli valyutasında da var. Rusiyada bütün çarların adlarına pullar buraxılıb. Mən tərəfdarı deyiləm ki, kimsə onun imzasını maşının üzərinə vurub gəzdirsin. Amma kimsə ürəyinin başında gəzdirmək istəyirsə buna qadağa qoya bilməz. Heydər Əliyevin adı hər yerdə olmalıdır”.

Gununsesi.info