Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlandı

  • Müəllif: admin
  • 03 Noyabr 2016 09:38

Manat dollar nisbeti

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 2-si ilə müqayisədə dəyişməyərək 1,6490 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,41% möhkəmlənərək 1,8329 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl noyabrın 2-si ilə  müqayisədə 0,38% zəifləyərək 0,0260 manat səviyyəsinə enib.

Türkiyə lirəsinin məzənnəsi isə 0,1% bahalaşaraq 0,5292 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0332 manatdır. Beləliklə, funt sterlinq 0,72%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 1,35% zəifləyərək 0,6772 manat təşkil edib.

Gununsesi.info