Manatla qoyulan əmanətlərin həcmi artıb

  • By admin
  • 09 Avqust 2017 13:13

manat

Cari ilin birinci yarısında əhalinin banklara qoyduğu əmanətlərin həcmi 6.9 milyard manat olub.

Gununsesi.info bunu Azərbayca Mərkəzi Bankına istinadən bildirir. Statistikadan məlum olur ki, ilin əvvəli ilə müqayisədə əmanətlərin həcmi 541 milyon manat və ya 7.2 faiz azalıb.

Əmətlərin 5.068 milyardı və ya 73.3 faizi xarici valyutada, 1.838 milyardı və ya 26.7 faizi milli valyutadadır. Devalvasiyadan sonra əhalinin manata olan etibarı öldüyünə görə, əmanətlərin böyük hissəsi dollara çevrilmişdi. Lakin son 3 ayda bu istiqəmətdə müəyyən dönüş yaranıb.

Manatın cari ildə sabit qalması  mart-iyul aylarında əmanət qoyuluşlarının strukturunda milli valyutanın xeyrinə dönüş yaranmasına təsir göstərib. Əgər ilin əvvəlində əmanətlərin strukturunda manatla qoyulan depozitlərin həcmi 20 faiz idisə, indi bu rəqəm 27 faizi qədər yüksəlib.

Vüsalə Rüstəmova 

Gununsesi.info