“Mançester Siti”nin Lionel Messinin transferi ilə bağlı planı bəlli olub

  • By admin
  • 18 Oktyabr 2020 12:14

İngiltərənin “Mançester Siti” klubunun Lionel Messinin transferi ilə bağlı planı bəlli olub.
 
Gununsesi.info-nun məlumatına görə, Premyer Liqa təmsilçisi argentinalı hücumçunu qışda heyətinə qatmağa cəhd edəcək.

Böyük britaniyalılar İspaniya “Barselona”sına bu transfer üçün 15 milyon funt sterlinq təklif edəcək. Onun müqaviləsi mövsümün sonunda başa çatacaq. Bu isə o deməkdir ki, Messi 2021-ci ilin yayında azad agent statusu alacaq. Futbolçunu havayı buraxmamaq üçün “Barselona” onu qışda satmalıdır.

HTML tutorial

 

 

Gununsesi.info