Mançester terroru ilə bağlı Türkiyədən açıqlama

  • By admin
  • 25 May 2017 21:06

mancester

Mançesterdə terror aktını həyata keçirən Salmon Abedi ilə bağlı hər hansı kəşfiyyat məlumatları mübadiləsi aparılmayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Röyter”ə Türkiyənin təhlükəsizlik xidmətinin əməkdaşları məlumat verib.

Səlahiyyətli şəxslər terrorçunun keçmişdə Suriyaya getməsi ilə bağlı sübutun olmadığını da bildiriblər.

Xatırladaq ki, sözügedən şəhərdə törədilən terakt nəticəsində 22 nəfər ölmüş, 59-u isə yaralanmışdı.

Gununsesi.info