“Arsenal”ın futbolçusu Məsut Özil “Mançester Yunayted”in maraq dairəsinə düşüb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, orta xətti gücləndirmək istəyən Joze Mourinyo Özili komandasında görmək istəyir.
Artıq “Mançester Yunayted”in nümayəndələrinin London klubu ilə danışıqlara başladığı bildirilir.
Qeyd edək ki, Almaniya millisinin üzvü “Real”da Joze Mourinyonun rəhbərliyi altında oynayıb.
Gununsesi.info