“Mançester Yunayted” “Avroliqa”nın sahibi oldu

  • By admin
  • 25 May 2017 07:12

leQitənin ikinci dərəcəli klub turniri olan Avropa Liqasının finalı keçirilib.

Gununsesi.info-nun məlumatına görə, həlledici qarşılaşmada Stokholmda  “Ayaks” və “Mançester Yunayted” qarşılaşıb.

Görüş Joze Mourinyonun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, ilk dəfə Avropa Liqasının qalibi olan “Mançester Yunayted”  növbəti mövsümdə Çempionlar Liqasında çıxış etmək hüququ qazanıb.

Avropa Liqası

Final

“Ayaks” (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə) – 0:2

Qollar: Poqba, 18, Mxitaryan, 48

Gununsesi.info