“Mançester Yunayted”də gənclər Ronaldodan narazıdırlar

  • By admin
  • 22 Yanvar 2022 16:18

“Mançester Yunayted”in bəzi futbolçuları komanda yoldaşları Kriştiano Ronaldodan narazıdırlar.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. Klubun adları açıqlanmayan bir neçə gənc oyunçusu 37 yaşlı hücumçu ilə anlaşa bilmir. Həmçinin Ronaldonun daha əvvəl müsahibəərində komanda yoldaşlarının tənbəl olduğunu bildirməsi, onlardan şikayətlənməsi futbolçuların narazılığına səbəb olub.

HTML tutorial

Bildirilib ki, Ronaldo hətta həmyerlisi Bruno Fernandeş ilə belə yola gedə bilmir. Gənc oyunçular isə “qırmızı şeytanlar”ın digər təcrübəli üzvü Edinson Kavani ilə daha çox ünsiyyət qururlar.

Qeyd edək ki, Kriştianu Ronaldo bu mövsüm Premyer Liqada 17 oyuna çıxıb, 8 qol vurub və 3 qolun ötürməsini verib.

 

 

Gununsesi.info