
“Mançester Yunayted” futbol klubunun rəhbərliyi matçlardan sonra oyunçulara futbol maykalarını rəqiblərlə dəyişməyi qadağan edib.
APA xəbər verir ki, qərar idman geyiminin istehsalında maliyyə vəsaitinə qənaət etmək məqsədi daşıyır.
Qeyd edək ki, sponsor müqaviləsinə əsasən, “Mançester Yunayted” ildə “Adidas” şirkətindən 75 milyon funt sterlinq alır.
Həmçinin “Forbes” jurnalının versiyasına görə, “MY” dünyanın ən zəngin klublarından biridir.
Gununsesi.info