Mançesterdə ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur - HİKMƏT HACIYEV

  • By admin
  • 23 May 2017 13:15

mances-1

“Son məlumata görə, Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması qeydə alınmayıb”.

Bunu Gununsesi.info-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. “Amma məsələ ilə əlaqədar səfirliyimiz Böyük Britaniyanın müvafiq qurumları ilə təmaslarını davam etdirir. Əlavə yeni xəbər olduğu təqdirdə, məlumat veriləcək”, – deyə o əlavə edib.

Qeyd edək ki, Mançester şəhərində amerikalı müğənni Ariana Qrandenin konserti zamanı törədilən terror aktında ölənlərin sayı 22-yə çatıb. Yaralıların sayı 59 nəfərdir. Hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Gununsesi.info