“Mançester”dən “Real”a 85 milyonluq təklif

  • By admin
  • 03 İyun 2018 14:55


“Mançester Yunayted” Qaret Beylin transferi üçün “Real”la danışıqları davam etdirir.

Gununsesi.info-nun xəbərinə görə, “qırmızı şeytanlar” uelsli yarımmüdafiəçi üçün kral klubuna 85 milyon funt-sterlinq ödəməyə hazır olduğunu bildirib. Heyəti gəncləşdirmək istəyən Madrid təmsilçisinin prezidenti Florentino Peresin də bu təklifə müsbət yanaşdığı iddia olunur.

Qeyd edək ki, 2016-cı ildə “Real”la müqaviləsini uzadan 28 yaşlı futbolçunun illik gəliri 10,5 milyon avro təşkil edir. “Mançester Yunayted” isə Beylə həftəlik 500 min funt təklif etməyə hazırdır.
Gununsesi.info