Mançesterdə qol şousu

  • By admin
  • 27 Aprel 2022 10:22

Ötən gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Gununsesi.info xəbər verir ki, mərhələnin ilk oyun günündə bir qarşılaşma keçirilib.

Gecənin yeganə matçında İspaniyanın “Real Madrid” klubu İngiltərədə turnirin son finalçısı “Mançester Siti”nin qonağı olub. “Etihad” stadionunda baş tutan görüşdə meydan sahibləri 4:3 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması mayın 4-də olacaq.

“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) – 4:3 

Qollar: Kevin De Brüyne, 2 (1:0), Jezus, 11 (2:0), Benzema, 33 (2:1), Foden, 53 (3:1), Junior, 55 (3:2), Silva, 74 (4:2), Benzema, 82-pen (4:3)

Baş hakim: İştvan Kovaç (Rumıniya)

“Etihad” stadionu

Gununsesi.info