“Mango”nun qurucusu faciəvi şəkildə öldü

  • By Günel
  • 14 Dekabr 2024 23:32

İspaniyanın “Mango” geyim dizaynı və satışı şirkətinin qurucusu İsak Andik faciəvi şəkildə ölüb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya muxtariyyətində dağlıq ərazidə dərəyə yıxılıb.

Məlumata görə, hadisə onun ailəsi ilə ekskursiyada olduğu zaman baş verib. 150 metr hündürlükdən yıxılan Andik, dünyasını dəyişib.

Şirkət mətbuata açıqlamasında ölümü təsdiqləyib.

Qeyd edək ki, İsak Andik İspaniyanın ən zəngin iş adamlarından biri idi.

Gununsesi.info