Manisada 5,2 ballıq zəlzələ oldu

  • By admin
  • 18 Fevral 2020 21:04

Türkiyənin Manisa vilayətinin Kırkağac rayonunda 5,2 bal gücündə zəlzələ olub.

Gununsesi.org Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ ocağı yerin 7 kilometr dərinliyində yerləşib. Təkanlar Balıkesir, Bursa, Aydın, İzmirdə hiss edilib.

Dağıntı və xəsarət alan barədə hələlik məlumat yoxdur.

 

 

Gununsesi.org