Mansur Yavaş maaşından imtina edib - FOTO

  • By admin
  • 09 Aprel 2023 10:55

Türkiyənin “Millət İttifaqı”nın prezidentliyə vahid namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyən Ankara Böyük Şəhər Bələdiyyəsinin başqanı Mansur Yavaş maaşından imtina edib.

Gununsesi.info-nun xəbərinə görə, bələdiyyə başqanı özünün sosial şəbəkə hesabında Kılıcdaroğlunun təbliğat kampaniyasında iştirak etməsi bunu əsaslandırıb.

Bununla belə Mansur Yavaş, bu qərarını AK Partiyadan olan bəzi şəxslərə də ünvanladığını deyib:

“Həm nazirlik vəzifəsinə davam edib, həm də millət vəkili namizədi olan demokratiya və ədalət düşmənlərinə duyururam”.

Gununsesi.info