Maqnit qasırğası gözlənilir?

“Hazırda Günəşin görünən səthində mürəkkəb maqnit strukturuna malik altı fəal törəmə – ləkə qrupu müşahidə olunur”.

Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Qeyd olunub ki, müşahidə edilən Günəş ləkələrindən 3184 nömrəli törəmə Günəş fəallığının 25-ci tsiklinin başlanğıcından indiyədək müşahidə olunan ikinci ən güclü alışmaya səbəb olub. X1.98 sinfindən olan bu alışmanın maksimum gücü Bakı vaxtı ilə 9 yanvar saat 22.50-də qeydə alınıb. 3181 və 3182 nömrəli digər iki ləkə qrupu isə nisbətən zəif – M sinfindən olan alışma yaratma potensialına malikdir.

“Koronoqraf təsvirlərində tac kütlə atılmalarının müşahidə olunmamasına, fəal oblastlarda dissipasiya prosesinin getməsinə baxmayaraq, Yerdə maqnit qasırğası təhlükəsini proqnozlaşdırmaq hazırda çətindir. Bu istiqamətdə müvafiq ölçmələr davam etdirilir, fəal proseslərin geoeffektivliyi izlənilir”, – məlumatda bildirilir.

10:32

Yanvarın 10-u, çərşənbə axşamı, bu ayda artıq ikinci maqnit qasırğası başlayacaq. O, Yer kürəsini əhatə edəcək və dörd gün – yanvarın 13-dək davam edəcək.

Maqnit qasırğaları planetimizin geomaqnit sahəsindəki pozuntulardır. Onlar Günəş tərəfindən atılan yüklü hissəciklərin axınları nəticəsində yaranır.

Bu fırtına zəif olsa da, meteohəssas insanlar onun mənfi təsirini hiss edə bilirlər.

Yanvarın 4-dəki ilk maqnit qasırğası zəif olmuş, G1 kateqoriyasına aid edilmişdi.

Mənbə: Obozrevatel