Maqomayev Moskvada anıldı

Oktyabrın 29-da Moskva yaxınlığındakı “Crocus City Hall”da SSRİ xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Gununsesi.info xəbər verir ki, konsertdə Lev Leşenko, Qriqori Leps, Valeriya, Emin, Aleksandr Serov Maqomayevin sevilən mahnılarını ifa ediblər.

HTML tutorial

Bundan əlavə, Vladimir Vinokur, Zara, “Zemlyane” qrupu, Aleksandr Panayotov, “A`Studio”, Denis Klyaver, Askar Abdrazakov və başqaları da tədbirdə çıxış ediblər.

Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il, avqustun 12-də Bakıda anadan olub. O, 31 yaşında SSRİ-nin Xalq artisti adını alıb. Dahi sənətkar 2008-ci il oktyabrın 25-də 66 yaşında dünyasını dəyişib.

Gununsesi.info