MAR-da rusiyalı hərbçilərə hücum edildi – YARALILAR VAR

Rusiyanın iki hərbi mütəxəssisi Mərkəzi Afrika Respublikasında (MAR) silahlıların hücumu zamanı yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Rossiya-1” telekanalı bildirib.

HTML tutorial

Yaralılar bazaya təxliyyə olunublar. Qeyd edilir ki, onları xəstəxanaya aparan helikopter də qəzaya uğrayıb, ölən yoxdur. Xəsarət alanlardan biri əməliyyat ediləcək, yaralıların həyatı üçün təhlükə yoxdur.

Mərkəzi Afrika Respublikası hakimiyyəti BMT-nin sülhməramlı kontingentinin dəstəyindən istifadə edərək qiyamçılarla mübarizə aparır. Ölkədə Rusiya hərbi təlimatçıları çalışırlar.

Gununsesi.info