
Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı aparılan istintaq çərçivəsində ölümündən əvvəl onu müalicə edən 7 tibb işçisi qətl ittihamı ilə mühakimə olunacaq.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Argentinalı futbol əfsanəsi Dieqo Maradonanı ölümündən əvvəl müalicə edən yeddi tibb işçisi çərşənbə axşamı Buenos-Ayresdə məhkəmə qarşısına çıxarılıb. Həkimlər və tibb bacıları komandası səhlənkarlıqda ittiham olunur və onları 25 ilə qədər həbs gözləyir.
2020-ci ilin noyabrında infarktdan vəfat edən Maradonanın ölümündən sonra Argentinada onun qayğısına cavabdeh olan həkimlər və tibb bacıları ilə bağlı araşdırma başladılıb .
Ölümündən bir müddət əvvəl beynindəki laxtalanma səbəbindən əməliyyat olunan Maradona evdə müalicə alırdı.
Tibb komitəsinin Maradonanın müalicəsində “nöqsanlar və qanun pozuntuları” olduğunu müəyyən etdikdən sonra məhkəmə adam öldürmə ilə bağlı iddia qaldırmağa qərar verib.
İttiham olunanlar arasında neyrocərrah və Maradonanın şəxsi həkimi Leopoldo Luke, psixiatr və psixoloq, iki həkim, iki tibb bacısı və onların müdirləri var. Bütün tibb işçiləri onlara qarşı irəli sürülən ittihamları rədd ediblər.
1986-cı il Dünya Kubokunda Argentinanı qələbəyə aparan və idman tarixinin ən böyük oyunçularından biri sayılan Maradona bütün həyatı boyu narkomaniya, alkoqolizm və sağlamlıq problemləri ilə mübarizə aparıb. 2000 və 2004-cü illərdə ölümdən çətinliklə xilas olduğu bilinən Maradonanın ölümü Argentinada və bütün dünyada böyük kədərə səbəb olub.
Təqsirləndirilən şəxslər ittihamları rədd edir və mühakimə Buenos-Ayresin San İsidro rayonundakı üç hakimdən ibarət məhkəmə tərəfindən baxılacaq.
Orxan