Maradonanın ölüm səbəbi məlum oldu

  • By admin
  • 28 Noyabr 2020 13:24

Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümündən sonra meyitinin patoloqoanatom müayinəsinin nəticələri məlum olub.

Gununsesi.info bildirir ki, bu barədə “Clarin” xəbər yayıb.

Bildirilir ki, Maradonanın ölüm səbəbi xroniki ürək çatışmazlığının kəskinləşməsindən qaynaqlanan ağciyər ödəmi olub. Bundan başqa dilatlaşdırılmış kardiyomiyopatiya da aşkar edilib – bu ürək kameralarının genişlənməsinə təhrik edən patologiyadır.

Orqanın öyrənilməsi üçün saxlanılması barədə qərara gəlinib.

Qeyd edək ki, Argentina prokurorluğu Maradonanın ölümü ilə bağlı “insanı nəzarətsiz qoymaq” və “səhlənkarlıq” maddələri ilə cinayət işi açıb.

Xatırladaq ki, məşhur idmançı noyabrın 25-də ürək tutmasından ölüb.

Gununsesi.info