
San-İsidro şəhər Baş Prokurorluğu Dieqo Maradonanın ölümü ilə əlaqədar yeddi tibb işçisinə qarşı ittiham irəli sürüb.
Bu barədə EFE agentliyi məlumat verir.
Həkimləri “dolayı niyyətlə ölümə səbəb olmaq” maddəsi ilə 8 ildən 25 ilədək həbs cəzası gözləyir.
Prokurorluq Maradonanın sağlamlığını izləyən həkim qrupunun səhlənkarlıq etdiyini və xəstənin sağlamlığını şansa buraxdığı vurğulayıb.
Qeyd edək ki, Maradona noyabr 25-də 61 yaşında vəfat edib. Ölümünün səbəbi kimi kəskin ürək çatışmazlığı göstərilib.
Gununsesi.info