Maral Tahirqızının həbsxana həyatı - VİDEO

  • By admin
  • 17 İyun 2016 13:33

Maral Tahirgizi

“Xəzər” telekanalında yayımlanan “Rezonans” verilişinin yaradıcı heyəti evini əxlaqsızlıq yuvasına çevirməkdə təqsirləndirilərək 3 il azadlıqdan məhrum edilən müğənni Maral Tahirqızı ilə görüşüb.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, həbsxana həyatından bəhs edən ifaçı bunları deyib: “Buraya gələndə ilk narahatlığım yatdığım çarpayı oldu. Evdəki rahat şəraitdən gəlib, belə yerdə yatmaq çətin idi. Düşünürdüm ki, əgər böyük cinayət etsəydim, görəsən, məni hara aparardılar? Amma mənə ən yüksək cəza verilib.

Həbs olunanda məni ilk olaraq Kürdəxanıda yerləşən İstintaq Təcridxanasına apardılar. Orada hamı siqaret çəkirdi. Siqaret tüstüsü isə məni boğurdu. Sonra xahiş etdim ki, məni siqaret çəkməyənlərin yanına aparın”.

M.Tahirqızı müsahibəsində onu da bildirib ki, o, həbsxanada mahnılar yazır.

 

https://www.youtube.com/watch?v=r92gHu90tqU