MARAQLI: 272 kiloqram çəkisi olan qadının 105 kq. arıqlaması dünyanı çaşdırdı – “Özümü və həyatımı xilas etdim” / FOTOLAR

  • By admin
  • 06 Dekabr 2022 17:14

Amerikanın Kaliforniya əyalətində 42 yaşlı Tereza Parent bədən çəkisinin yarısını itirərək həyatını dəyişdirməyi bacarıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 272 kiloqram çəkisi olan qadın ciddi pəhriz proqramı ilə 167 kq. çəki itirib.

Açıqlamasında “Öz həyatımı xilas etmək istədim”, yazan Tereza özünün sosial media hesabındakı paylaşımı ilə görənləri çaşqınlığa uğradıb.

Paylaşımdan sonra ağır çəkidən əziyyət çəkən bir çox kəs bu örnəyin onlar üçün ilahm qaynağı olduğunu bildiriblər.

 

İki milyona yaxın görüntülənməsi olan paylaşımda xanım Parent göz yaşlarını saxlaya bilməyib. O, arıqlamasının bədənində yaranan bir çox xəstəliklərin nodrmallaşdıracağına ümid etdiyini deyib.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info