MARAQLI: 360 dərəcə fırlanan ev görənlərin marağına səbəb olur – FOTOLAR

  • By admin
  • 19 Yanvar 2023 23:58

Türkiyənin Rizə şəhərində 360 dərəcə fırlana bilən taxta ev tikilib.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, fırlanan ev marağa səbəb olub. Əl komandası ilə idarə edilən sistem sayəsində evin evin dağlıq yamaca baxan qismi istənildikdə, Günəşə tərəf açıla-döndürülə bilir.

Taxta tikilinin altında yerləşdirilən mexanizm sayəsində uzaqdan komanda verərək fırlatmaq mümkündür.

Dağlıq əraziyə sahib şəhər olması səbəbi ilə dizayn edilən fırlanan ev görənlərin marağını çəkir.

Çoxlu sayda adam tərəfindən bu evə səfərlər edilir.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info