
Türkiyənin Kastamonu şəhərində yaşayan qoca kişi universitet məzunu olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 82 yaşlı Hamdi Balkaş Kastamonu Universitetindən Gözəl Sənətlər və Dizayn Fakültəsinin Rəsm ixtisasını bitirib.
Təqaüdə çıxdıqdan sonra evinin eyvanında rəsimlər çəkən Balkaş hobbisini davam etdirib.
2018-ci ildə yetərli bal topladıqdan sonra universitet tələbəsi olmağı qazanır.
Çoxsaylı narahatlıqlar və əməliyyatlar keçirməsinə baxmayaraq, fakültəni üçüncülüklə bitirərək daha bir uğura imza atıb.
Tərcümə: Arzu