MARAQLI: Amerikada 28 il sonra məsum olduğu anlaşılan adam sərbəst buraxıldı

  • By admin
  • 27 Sentyabr 2023 13:21

Amerika həbsxana tarixində maraqlı olay yaşanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, adam qaçırtma və təcavüzlə ittiham edilən Qerardo Kabanillas 28 il sonra sərbəst buraxılıb.

Onun azad edilməsinin səbəbi suçsuz olmasının üzə çıxmasıdır.

1995-ci ildə Los-Ancelesdəki park halındakı bir avtomobildə oturan cütlüyə hücum hazırlamaq və avtomobildəki qadına təcavüz etməkdə ittiham edilən Kabanillasın məsumluğu DNT testi ilə ortaya çıxarılıb.

Olayı yenidən analiz edən prokurorluq cinsi hücumla bağlı DNT dəlillərindən hərəkət edərək təcavüzün iki fərqli hücumçu tərəfindən gerçəkləşdirildiyi təsbit edilib.

Onun günahsızlığına qərar verən dövlət yetkililəri məhkumluğunu ləğv edərək sərbəst buraxılmasına qərar verib.

Bölgə üzrə prokuror Corc Qaskon Kabanillasdan “Ədalətin yanlış təcəlli etməsi və hüquqi sistemimizin uğursuzluğuna görə ən dərin kədərimi çatdırıram” deyərək üzr istəyib.

Maraqlıdır ki,hücum olayının ardından hücuma məruz qalan adam Kabanillasın fotolarını təşxis etməsinə qarşı daha sonra əmin olmadıqlarını və kimlik təsbiti üçün basqı yaşadıqlarını bildirmişdi.

Kabanillası isə cüt hücumları gerçəkləşdirən iki nəfərdən biri olaraq etiraf edərək suçu üzərinə götürmüşdü.

 

 

Tərcümə: Arzu

Gununsesi.info