
Amerikada magistral yolda inək və kovboy arasında yaşanan olay maraqla qarşılanıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, inəyi qovmağa çalışan kovboy at üstündə onu tumağa çalışır.
Olay ABŞ-ın Miçiqan bölgəsində baş verib.
Avtomobillərin sıx gəlib keçdiyi yolda inəkləri tutmağa çalışan atlı adam bunun üçün kəmənd atmağa çalışır.
Hansısa qəza yaşanmaması üçün hadisə ilə bağlı polislər yolu nəqliyyata qapadıblar.
