MARAQLI: Ayaqla yeriyərək Türkiyə səfirliyinə gəldi – 30 milyon dollarlıq qutu verib getdi

  • By admin
  • 13 Fevral 2023 17:52

Türkiyədə yaşanan dəhşətli zəlzələdən sonra dünya ölkələrindən və xeyirxah insanlardan zərərçəkənlər üçün yardım davam edir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hazırda yardıma gələn xarici mütəxəssisləri, köməkçi insan gücünün sayı 10.000-dən artıqdır. Ermənistan, Yunanıstan, Avstraliya, Kanada, Amerika, Azərbaycan, Küveyt və digər ərəb ölkələrindən çoxsaylı heyət hazırda Türkiyədə dağıntıların fəsadlarını aradan qaldırmaq üçün çalışır.

Amerika 161 axtarış-xilasetmə mütəxəssisi ilə dağıntılar altında araşdırmalar edir. Eləcə də ABŞ-dan Türkiyəyə göndərilən yardımılar və ləvazimatlar üçün kampaniya öz axarı ilə davam edir.

Bu ölkənin bir çox bölgə və əyalətində Türkiyəyə yardım toplama mərkəzləri açılıb.

 

Türkiyəyə yardım etmək istənələr arasında Pakistan vətəndaşları da var. Böyük yük avtomobilləri ilə İslamabad, Lahor və Kəraçidən olan karvanlar Türkiyəyə doğru yola salınıb.

Qış çadırlar, yorğan-döşək və digər qida, ləvazimatları yer alır.

 

Maraqlıdır ki, Amerikada adı açıqlanmayan bir Pakistan əsilli iş adamı Vaşinqtondakı Türkiyə səfirliyinə yeriyərək gəlib.

İçində 30 milyon dollar olan qutunu bağışlayıb səfirlikdən ayrılan işadamının bu addımı Pakistanın Baş naziri Şahbaz Şərifi də duyğulandırıb.

Hazırda qardaş Türkiyə mediası bu qəhramanın atdığı addımdan yazır.

 

Tərcümə: Arzu Sayadoğlu