MARAQLI: Beyin – Çəkicə 1,3 kiloqram, ancaq bütün dünyanı dəyişdirən varlıq – Beyinlə beyni anlamaq olarmı? (VİDEO)

  • By admin
  • 25 Yanvar 2021 12:28

Beyin: Sənin hekayən: Enerji, maddə, düşüncə, trilyonlarla hüceyrə…

 

 

Beyin – elm, kainat və dünya ilə bağlı bütün dartışmaların mərkəzində olan insan orqandır. Çəkicə 1,3 kq, ancaq bütün dünyayı dəyişdirə biləcək bir vasitədir.

 

 

Yüksək Düşüncə Youtube kanalında araşdırmaçı jurnalist Arzu Sayadoğlunun beyin haqqında hazırladığı möhtəşəm videoda insan beyninin sirlərindən, onun haqqında inanılmaz məlumatlardan xəbər verilir. Müəllif öz araşdırmasında bildirir ki, insan – beyninin bir hissəsi olmadan da yaşaya bilər.

 

Üstəlik, bu heyrətamiz orqan özünü düzəldə və təmir edə bilir.

 

 

 

Saniyədə yüz minlərlə reaksiyalar gerçəkləşən insan beyninin içindən gün boyunca 70 min fikir keçir. Çəkicə 1,3 kq. olan beyin bizi uzaq kosmosa götürən texnikaları yaradan möhtəşəm orqandır. Bir çox filosoflar tərəfindən kainatdakı ən mükəmməl varlıq adlandırılan insan beyni yaratdığı təəccübləri ilə anlayanları heyrətə salır.

 

Müəllif bu araşdırmasında beyin və kainat arasındakı bağlantılardan danışır. Həmçinin beynin – nəfəsimizin uzunmüddətli yaddaşa sahib olma bacarığımıza təsirindən danışır.

 

 

Çəkisi 1,3 kq. olan beynin 1 litri su(78%), 160 qram yağ, 110 qram protein(8 faizi), 15 qramı şəkər, 10  qramı duzdan ibarətdir. Bu qədər sadə görünsə də, kosmosdan görünə biləcək inşaatı – Çin səddini yaradan da, məhz bu 1,3 kiloqramlıq ət parçasıdır. Beyin bizi Aya götürüb-gətirən şeydir…

 

Düşüncə, zehin, ağıl, xəyal, duyğular, sevinc, həyəcan, məntiq, zəka, qavrayış, hafizə, bilincimiz və həyəcanımız  onun içində və ya beynimizlə bağlantılıdır.

 

 

Günümüzdə beyin inkişafı o nöqtəyə gəlib ki, beynin – insan beynindəki düşüncələri oxuya biləcək texniki qurğuları yaratma bacarığından, beyin siqnalları ilə idarə edilə bilən silahlara, hətta əşyaları toxunmadan, sadəcə, beyin gücü ilə onu tərpətməkdən söhbət açırıq. Bunlar gerçək elmi inqilabın ayaq səsləridir.

 

 

Müəllif Arzu Sayadoğlu araşdırmasında öz fikirləri olaraq bildirir ki, beyin insanı zamanın çölünə-xaricinə götürə biləcək gücə sahibdir və insanlığın əngəllənmimş şifrələrini, insanın öz sərhədlərini aşma orqanıdır.

 

Videonun sonunda bədən varlıqları olan insanlara-izləyicilərə “Sən beyninsənmi”, – deyə sual edilir.

 

 

 

Gununsesi.org