MARAQLI: “İnsanabənzər robot – “Atlas” akrobatik bacarıqları ilə görənləri heyran edir / VİDEO

  • By admin
  • 20 Yanvar 2023 18:17

Amerikan “Boston Dinamiks” şirkətinin 2013-cü ildə dizayn etməyə başladığı insanabənzər robot olan “Atlas” bu dəfə tikinti meydançasında öz bacarığını sərgiləyib.

 

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, paylaşılan videoda sınaq məqsədi ilə qurulan tikinti meydançasından bərəyə çıxmaq üçün taxta parçası iilə özünə yol düzəltdiyi görülür.

 

Alət çantasını yuxarıdakı bir işçiyə atmağı bacaran robot tarazlığını itirmədən ağırlıq daşıyır, yerindən başını endirərək ayaqlarını qaldırıb ayaq-baş fırlana və hoppana bilir.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info