MARAQLI: Dünya rekordu – Ölmədən ən uzun müddət su altında qaldı / FOTOLAR

  • By admin
  • 05 İyun 2023 12:57

Atlantik Okeanının dibində bir nəfər sərhədləri zorlayaraq adını tarixə yazdırıb. Ən uzun müddət suyun altında qalaraq rekorda imza atan adam dünyaya səs salıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, okeanın dibində 93 gün boyunca zaman keçirən Cozef Dituri təzyiqli mühitlərin insan bədəni üzərindəki təsirlərini araşdırmaq üçün okean sularının dərinliklərinə enib.

Təqaüdçü mayor Cosef okean dərinliklərində 100 kvadrat metrlik bölmədə 3 aydan daha çox yaşam keçirib.

93 gün okean sularında qalaraq həyatını sürdürən Dituri bunun adamlar üzərindəki elmi kəşflərini ortaya çıxarıb.

Təcrübəsinin ardından 10 yaş daha gənc olduğunu iddia edən Dituri yaşlanmanın təsirlərinin yavaşladığını görüb.

Dünya mediasının gündəminə gələn Dituri su altında yaşam mövzusunda öncəki rekord – 73 günlük müddəti geridə buraxıb.

 

Elm adamları Diturinin telomerlərinin, bütövlükdə qocalmayla birlikdə qısaldığını və telomerlərin suya girmədən öncəki zamandaan 20% daha uzun olduğunu söyləyiblər.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info