
Elm adamları daha bir inqilabi yeniliyə imza atıblar.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, onlar insanın beyin hüceyrələrini siçanlara nəql ediblər.
Bu yeniliyi ölkələrarası araşdırmaçı qrupdan ibarət olan elm adamları uğurla ilə gerçəkləşdirib.
Bu addım insanlarda edilməyən sınaqların təcrübəsinə dürsət tanıyan epilepsiya kimi neyroloji xəstəliklərin sağaldılmasında çığır açacaq.
Laboratoriyada yetişdirilən beyin hüceyrələri iki və ya üç günlük siçanlara nəql edilib.
Araşdırmaçılar siçanlarda yaranan mutant beyinlərin insalardakı xəstəliklərin detallı olaraq analiz edilməsinə fürsət tanıyacağını söyləyirlər.
Tərcümə: Arzu Sayadoğlu