MARAQLI: Gündə 10 litr su içirdi – Səbəbini araşdıran həkimlər nəticəsinə çaşqınlıq yaşadı / VİDEO

  • By admin
  • 19 İyul 2023 11:22

İngiltərənin Cornvall bölgəsində yaşayan 41 yaşlı Jonathan Plummer ölkədə gündəm olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, gündə 10 litr su içən Plummer həkimlərin araşdırması ilə yeni bir tibb kəşfinin üzə çıxarılmasına səbəb olub.

Çoxlu su içdiyi üçün davamlı oalraq susa bilməyən adam həkimə müraciət edir. Doktorlar onun beynindəki şişdən qaynaqlı olaraq belə davrandığını üzə çıxarıblar. Bu nəticələrdən çaşqınlıq yaşayan həkimlər tələm-tələsik onu əməliyyata alırlar.

Noxud dənəsi bpyüklüyündəki şişin onun beynindəki hipofiz vəzisinə basqı etdiyi təsbit edilib.

Bu bölgənin susuzluqla bağlantılı olduğunu açıqlayan mütəxəssislər adamı əməliyyata alırlar. Radioterapiya və kemoterapiya prosesinə tabe tutulan adam 30 seansdan sonra sağlamlığına qovuşub.

Tərcümə: Arzu

Gununsesi.info