Maraqlı hadisə: Polis qasırğada ac qalan körpəni əmizdirdi – FOTO

  • By admin
  • 31 Oktyabr 2023 13:44

Meksikada maraqlı hadisə baş verib. “Otis” qasırğasından sonra 48 saat ac qalan körpəyə qadın polisin əmizdirməsi xəbəri gündəm olub.

Gununsesi.info xəbər verir ki, Meksikanın Akapulko şəhərinə göndərilmiş qadın polis məmuru Arizbet Ambrosio “Otis” qasırğasının viran qoyduğu kurort şəhərində iki gün ac qalan uşağı könüllü olaraq əmizdirib.

Mexiko Şəhər Vətəndaş Təhlükəsizliyi Katibliyindən verilən açıqlamada qadının 4 aylıq körpənin iki gündür ac qaldığı və ona uşaq qidası tapmaqda çətinlik çəkdiyindən şikayətlənərək göz yaşlarına boğulduğu bildirilib.

Vətəndaş Təhlükəsizliyi Katibliyinin direktoru Pablo Vazquez, “Mən Mexiko polisinin fədakarlığına, nəzakətinə və xidmət peşəsinə heyranam” deyib.

Ambrosio həftə sonu qasırğanın 43 nəfərin həyatına son qoyduğu Akapulkoya göndərilən 100 polisdən ibarət “Zorros” kimi tanınan xüsusi Mexiko şəhəri axtarış-xilasetmə bölməsinin bir hissəsidir.

“Otis” qasırğasının yaxınlıqdakı Koyuka de Benites bələdiyyəsində 5 nəfərin ölümünə səbəb olduğu bildirilib, Guerrero əyalətinin qubernatoru Evelin Salqado isə bazar günü 36 nəfərin hələ də itkin düşdüyünü söyləyib.

Səlahiyyətlilərin açıqlaması ilə ölənlərin sayının 39-a yüksəldiyi məlum olub.

Hərbi qulluqçular və könüllülər həftəsonunu Akapulkonun əsas turizm zolağından dağıntıları yığışdırmaqla keçirərkən, rəsmilər Akapulkodakı evlərin və iş yerlərinin 58 faizinə elektrik enerjisinin milli elektrik şirkəti tərəfindən bərpa olunduğunu açıqlayıb. Həmçinin əlavə eilib ki, Akapulkodan kənarda dağılmış icmalara su paylayan 21 su tankeri var.

Gununsesi.info