MARAQLI: İnsancıl robot gözətçi işinə başladı: Qapıları açır, əşyaları tutur / FOTOLAR

  • By admin
  • 22 May 2023 17:05

Gözətçilik edən, əşyaları əli ilə tutan, qapıları açan bir gözətçi robotlar qarşılaşarsınızsa, nə cür bir hiss keçirərsiniz? Suni zəka ilə gücləndirilmiş suni zəka robotları həyaıtmızda yeni önəm qazanmaqdadır. Onlardan biri də işçi qüvvəsinə çevrilməkdə olan insan robotlarıdır.

Gununsesi.info xarici mətbuata istinadən həmin maraqlı xəbəri sizə təqdim edir.

Suni zəka ilə gücləndirilən robotlar üzləri, “qolları” və müstəqil zehinləri ilə qoruyucu işini görür.

Elm adamları avtonom orqanları və zehinləri sayəsində insancıl robotların sağlamlıq, qonaqlama sektorlarında gələcəkdə iş tapa biləcəklərinə ümid edərkən insanabənzər robotların qoruyuculuq, təhlükəsizlik işçisi olaraq işçi qüvvəsi arasında yerini alacağına inanırlar. Norveç mərkəzli mühəndislik və robot şirkəti olan “1X”ın hazırladığı bu cür robotlar rəqəmsal insan üzlərinə sahibdirlər.

Çoxsaylı bacarıqları ilə seçilən bu texnologiyanın qapıları açma, , əşyaları tutma kimi özəllikləri var. Adamları izlədikdən sonra əmin olmaq üçün həyəcan təbili sensorları ilə kameralı siqnalzasiya sistemlərindən istifadə edir.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info