
Amerikada 1990-cı ildə ömürlük təyyarə bileti alan adamın heyakəyəsi eşidənlərin marağına səbəb olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Tom Stuker adlı Amerika vətəndaşı 33 ildir ki, dünyanı gəzməkdədir.
Yazılı dərgi orqanları “Bütün uçuşlarda ömür boyu keçərli təyyarə bileti” satın alan adamın dünyanın ən yaxşı yatırımlarından birini etdiyini yazır.
Nyu-Cersidən olan Tom göylərdə NASA-nın Ay uçuşundan 25 dəfə daha çox məsafə qət edib. Onun 37 milyon km. uçuş etdiyi bildirilir. 1990-cı ildə 290 min dollar ödəyib “ömürlük bilet” alan adam indi bütün dünyanı gəzərək ölkələrdəki həyatın dadını çıxarır. 100-dən çox ölkəyə uçaq Stuker 2019-cu ildə 373 uçuş gerçəkləşdirib. Onun həmin ildəki yolçuluqları hava yolu üçün 2,5 milyon dollara başa gəlib.
Amerikan mətbuatı 69 yaşlı adam topladığı milyonlarla uçuş “mil”i ilə hava yolundan yüz minlərlə dollar hədiyyə alıdığını və lüks hotellərdə krallar kimi yaşadığını yazır
Tərcümə: Arzu