MARAQLI: Ötən il “Google”da ən çox axtarılan sözlər məlum oldu

  • By admin
  • 19 Yanvar 2021 18:25

“Ekmek” (çörək) və “lahmacun” sözləri “Google” axtarış sistemində ən çox axtarılan yemək reseptləri sırasındadır.

Gununsesi.org xəbər verir ki, həmin sözlər axtarış sisteminin 2020-ci il trendlərinə düşüb.

Belə ki, “ekmek” sözü ən çox axtarılan 2-ci, “lahmacun” isə 5-ci sözdür. İlk pillədə isə dalqona kofesidir.

Dünyada 2020-ci ildə ən çox axtarılan 5 söz isə bunlardır: “coronavirus” (koronavirus), “election results” (seçki nəticələri), “Kobe Bryant” (Kobe Brayant – mərhum basketbolçu), “Zoom” (videokonfrans proqramı), IPL (kriket üzrə Hindistan Premyer Liqası).