
İqlim dəyişikliyi təsirlərinin yeni nəsil hava keyfiyyəti ölçmə sistemləri ilə izlənməsində Suni Zəka tətbiqləri layihəsi ilə ondan dəstək alan ən son innovasiyalı hava keyfiyyəti ölçmə sistemləri hazırlanacaq.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, TÜBİTAK (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu ) mühəndisləri bu barədə yeni layihə başladıb.
Hazırkı hava keyfiyyəti ölçmələrində son dönəmdə işlədilməyə başlanan ucuz qiymətli sensorlar ekoloji şərtlərdən təsirlənərək ölçmə keyfiyyətini təmin edə bilmir.
Konvensional olaraq işlədilən kabinet tipli ölçmə stansiyaları quraşdırma və baxım xərclərinin yüksək olması üzündən, yerləşmə sahələrində məhdud sayda quraşdırıla bilir.
Yeni layihənin köməyi ilə havanın çirkliliyi izlənəcək. Bunun üçün suni zəka həll yollarından istifadə ediləcək. Yeni sistemlə birlikdə ilk etapda hava çirkliliyini bəlli edən azot dioksid (NO2) və ozon (O3) qazları ilə toz (PM2.5) konsentrasiyası (toplanma) ölçülərək həll yolları artırılacaq.
Beləcə, iqlim dəyişiklərini həssas ölçmələrlə müşahidə edərək, mövcud durumda regional təsirlər öyrəniləcək.
Tərcümə: Arzu